"Qəbələ"nin sabiq futbolçusu 31 yaşında karyerasını başa vurdu

Sadə xəbər
idman 12.02.2025 2905

"Qəbələ" klubunun sabiq futbolçusu Abdelrafik Jerar 31 yaşında karyerasını başa vurduğunu bildirib.

Oxu.Az xəbər verir ki, fransalı yarımmüdafiəçi karyerasına PSJ klubunun B komandasında başlayıb. O, daha sonra Fransanın "Len", Belçikanın "Union" klublarında çıxış etdikdən sonra 2020-ci ildə "Qəbələ"yə transfer olunub.

2024-cü ilin iyul ayından klubsuz qalan Abdelrafik Jerar karyerasını bitirmək qərarına gəlib.

Qeyd edək ki, futbolçu karyerası ərzində ümumilikdə 97 oyunda meydana çıxıb. O, bu matçlarda yeddi qol, doqquz məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top