Türkiyə Superliqası: "Fənərbağça" doğma meydanda qələbə qazandı

Sadə xəbər
idman 05.01.2025 3037

Türkiyə Superliqasında XVIII turun növbəti oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, çempionluq mübarizəsi aparan "Fənərbağça" doğma meydanda "Hatayspor"la qarşılaşıb. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İstanbul təmsilçisinin heyətində hər iki qolu Yusuf En-Nesiri vurub. Qonaqlarda isə Bilal Boutobba fərqlənib.

Bu nəticədən sonra xallarını 39-a çatdıran "Fənərbağça" 2-ci pillədə qərarlaşıb. Hatay klubu isə 9 xalla 18-ci yerdədir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top