Ermənilərin təxribatı nəticəsində hərbçimiz YARALANDI

Sadə xəbər
HADİSƏ 22.08.2023 1906

Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəzərov İsmət Ramiz oğlu qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb.

"Saat24.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.

Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top