Qəbiristanlıqdakı güldanları oğurladı

HADİSƏ 08.04.2023 1298

Gəncədə qəbiristanlıqlardan metal güldanlar oğurlanıb.

Bu barədə Saat24.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə şəhər ərazisindəki qəbiristanlıqlardan birində gecə saatlarında naməlum şəxsin olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və bu zaman qəbiristanlıqdakı metal güldanları oğurlamaq istəyən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin İbrahimov saxlanılıb.

Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən İ.İbrahimov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top