Goranboyda QƏZA - Hərbçilər xəsarət aldılar

HADİSƏ 06.04.2023 1733

Goranboy-Tərtər avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

"Saat24.az"ın məlumatına görə, hadisə yolun Goranboyun Yeniyol kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücünün idarəetməni itirməsi nəticəsində "VAZ 21015"  aşıb. Qəzada xəsarət alan dörd nəfər xəstəxanaya yerləşdirilib. Həmin şəxslər hərbçilərdir. 

Qeyd edək ki, qəzadan sonra digər avtomobil hadisə yerindən qaçıb.

Xəsarət alanların 1995-ci il təvəllüdlü Təbriz Fehruz oğlu Muradov, 1996-cı il təvəllüdlü Pərviz Novruz oğlu Muradov, 1987-ci il təvəllüdlü Rahib Miraləm oğlu Kərimov və 1983-cü il təvəllüdlü Elmir Rafiq oğlu Acilov olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top