22 yaşlı oğlan həmkəndlisini BIÇAQLADI

Sadə xəbər
HADİSƏ 24.03.2023 2992

Dünən saat 18 radələrində Qax rayonunun Şotavar kəndi ərazisində kənd sakinləri, 2001-ci il təvəllüdlü Azər Nadirovla 23 yaşlı Alqış İbrahimov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zəminində A.Nadirov A.İbrahimova bıçaqla xəsarət yetirib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Saat24.az"ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən Azər Nadirov saxlanılıb və zərərçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən olunması üçün  müvafiq ekspertiza təyin edilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

XƏBƏR LENTİ
12.05.2025 2234

DİGƏR XƏBƏRLƏR

Loading
Top