Mikroavtobus sürən narkoman tutuldu

HADİSƏ 09.03.2023 1216

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında mikroavtobus idarə edən şəxs saxlanılıb.

Bu barədə Saat24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini Anar İsmiyevin idarə etdiyi marşrut mikroavtobusu Quba rayonu ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb A.İsmiyevin həkim müayinəsindən keçirilməsi təmin edilib və onun narkotik vasitənin təsiri altında olması sübuta yetirilib.

Həmin şəxsin barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülüb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top