Mixail Saakaşvilinin vəziyyəti ağırdır

DÜNYA 28.02.2023 2164

Tbilisi klinikalarından birində müalicə alan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vəziyyəti kritikdir, arıqlama davam edərsə, geri dönməz proseslər başlayacaq.

"Saat24.az" xəbər verir ki, bu barədə bazar ertəsi Gürcüstanın Ombudsman Aparatının konsultasiyasının həkimi Giorgi Qriqoliya bildirib.

“Kaxeksiya getdikcə pisləşir. Saakaşvilinin başına gələnlər təbiidir: o, arıqlayır, əzələ və artıq sümük toxumasının məhv edilməsi prosesi gedir. Bu, onun adekvat müalicə almaması səbəbindən baş verir”, - Qriqoliya jurnalistlərə bildirib. Onun sözlərinə görə, “siyasətçinin çəkisi 55 kiloqrama düşərsə, o zaman geri dönməz proseslər başlayacaq, yataq xəstəsi olacaq”. Həkim qeyd edib ki, hazırda Saakaşvilinin çəkisi 64 kiloqramdır, lakin arıqlamaq tendensiyası davam edir.

Ombudsman aparatının həkimləri fevralın 19-da Saakaşvilini müayinə ediblər. Həkimlər qrupunun rəsmi rəyində deyilir ki, xəstədə tarazlıq və koordinasiya itkisi, psixi funksiyaların azalması, bədən toxumalarının öz-özünə parçalanması prosesi, əzələ atrofiyası, dördüncü dərəcəli kaxeksiya, periferik və vegetativ neyropatiya başlanıb.

Saakaşvili ailəsinin üzvləri siyasətçinin vəziyyətinin ağır olması barədə gündəlik məlumat verirlər. Bundan əvvəl müstəqil həkimlər Saakaşvilinin ağır metallarla zəhərləndiyi barədə məlumat vermişdilər. Tbilisi Şəhər Məhkəməsi Saakaşvilinin xaricdə klinikada müalicəsi üçün həbs cəzasının mümkün möhlətinə dair işə baxıb, lakin məhkəmə vəkillərin vəsatətini təmin etməyib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top