Qəbələdə kişi dəm qazından zəhərlənərək ÖLDÜ

HADİSƏ 18.02.2023 2273

Qəbələ sakini dəm qazından zəhərlənərək ölüb.

"Saat24.az"ın məlumatına görə, dünən gecə saatlarında 1984-cü il təvəllüdlü Ziya İbrahimovun Qəbələ rayonunun Vəndam qəsəbəsində müvəqqəti kirayə yaşadığı evdə meyiti aşkarlanıb. Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmanın nəticələrinə əsasən Z.İbrahimovun dəm qazından boğularaq öldüyü ehtimal olunur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Saat24.az"a verilən məlumata görə, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

XƏBƏR LENTİ
23.03.2023 1906
23.03.2023 1997
21.03.2023 1229

DİGƏR XƏBƏRLƏR

Loading
Top