Sürücünü döyərək telefonunu alıb, avtomobilini əzdilər

HADİSƏ 15.02.2023 1202

Bakıda 2 nəfər sürücünü döyərək mobil telefonunu alıb və avtomobilini əzib.

Daxili İşlər Nazirliyindən Saat24.az-a verilən məlumata görə, fevralın 14-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində “Toyota” markalı bir avtomobildə sərnişin olan 2 nəfərin sürücünü döyərək mobil telefonunu almaları və avtomobili əzərək ona 2000 manat dəyərində ziyan vurmaları barədə polisə məlumat daxil olub.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Buzovna qəsəbə sakini Elxan Bəxtiyarlı və qardaşı Bəxtiyar müəyyən olunaraq saxlanılıblar.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top