Ucarda mikroavtobus TIR-la toqquşdu - Ölən və yaralılar var

Sadə xəbər
HADİSƏ 14.02.2023 119

Ucarda mikroavtobus TIR-la toqquşub, ölən və yaralananlar var.

"Saat24.az" xəbər verir ki, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Cini kəndindən keçən hissəsində qeydə alınıb.

Şəmkir rayon sakini 1959-cı il təvəllüdlü Şəmistan Aqil oğlu İsayevin idarə etdiyi "Mersedes sprinter" markalı mikroavtobusla Abşeron rayon sakini, 1957-ci il təvəllüdlü Asif Balağa oğlu Hüseynovun idarə etdiyi TIR toqquşub.

Nəticədə 1 nəfər hadisə yerində ölüb. 3 nəfər - 1984-ci il təvəllüdlü Allahverdi Fizuli oğlu Haqverdiyev, 1972-ci il təvəllüdlü Şirin Pirverdi oğlu Ələkbərov və hələlik şəxsiyyəti məlum olmayan daha bir nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
12.05.2025 2232

DİGƏR XƏBƏRLƏR

Loading
Top