Məhkəmə polis rəisinin xuliqanlıq edən qardaşı ilə bağlı QƏRAR VERDİ

HADİSƏ 08.02.2023 2284

Bakının Nərimanov rayonunda yerləşən ofislərdən birinə basqın edilməsi ilə bağlı cinayət işi başlanılıb.

"Saat24.az" apa-ya istinadən xəbər verir ki, ofisə basqın edərək sahibkarı döyən Samir Qarayev barəsində Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi açılıb.

Nərimanov Rayon Məhkəməsi təqsirləndirilən şəxsin sabit yaşayış yerinin olmasını və digər əsasları nəzərə alaraq həbs qətimkan tədbirinə ehtiyac görməyib. Qərara əsasən, Samir Qarayev barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Məlumata görə, Samir Qarayev idmançı dostu ilə birgə ofisə daxil olaraq sahibkarla mübahisə edib. Mübahisə zamanı Samir Qarayev dəmir çayniklə sahibkara xəsarət yetirib.

Ofis sahibi xəstəxanaya yerləşdirilib, aldığı xəsarətlərin dərəcəsini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib. Samir Qarayevlə birgə ofisə basqın edən dostunun əməlində isə cinayət müəyyən olunmayıb. Samir Qarayev təqsirləndirilən şəxs qismində tanınaraq, barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarılıb.

Qeyd edək ki, təqsirləndirilən Samir Qarayev Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Seymur Qarayevin qardaşıdır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top