Rusiya, Türkiyə və Suriya üçtərəfli komissiya yaratmaq barədə razılığa gəlib

Sadə xəbər
DÜNYA 30.12.2022 1691

Çərşənbə günü Moskvada keçirilən danışıqlarda Rusiya, Türkiyə və Suriyanın müdafiə nazirliklərinin rəhbərləri birgə üçtərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər.

Bu barədə cümə axşamı Türkiyə mənbələrinə istinadən məlumat yayılıb.

Qeyd edək ki, çərşənbə günü Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Moskvada Rusiya, Suriya və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli danışıqlar keçirilib. Tərəflər Suriya böhranı və qaçqınlar probleminin həlli yollarını, həmçinin Suriyada ekstremist qruplarla mübarizədə birgə səyləri müzakirə ediblər.

Mənbə: TASS

XƏBƏR LENTİ
12.05.2025 2236

DİGƏR XƏBƏRLƏR

Loading
Top