
Çərşənbə günü axşam saatlarında Qırğızıstan və Çin sərhəddində 6,2 bal gücündə zəlzələ baş verib.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Təcrübə-Metodiki Ekspedisiyası məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin episentri Alma-Ata şəhərindən 261 km cənub-şərqdə, Çin və Qırğızıstan sərhəddində yerləşib.
Mənbə 25 km dərinlikdə olub.
Seysmoloqların bildirdiyinə görə, Alma-Atada 2-3 bal gücündə zəlzələ hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Şəhər Fövqəladə Hallar Departamentinin mətbuat xidməti bəyan edib ki, zəlzələnin mümkün nəticələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Mənbə: TASS