Polis polkovnik-leytenantı faciəli şəkildə öldü

HADİSƏ 27.12.2022 1136

Dekabrın 25-də İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində baş vermiş ağır qəzada xəsarət alan sürücü Qabil İsmayılov xəstəxanada vəfat edib.

Saat24.Az-ın məlumata görə, “Honda” markalı avtomobillə toqquşan BMW-ni idarə edən Q.İsmayılov polis polkovniki olub. O, daxili işlər orqanlarında bir sıra yüksək vəzifələrdə çalışıb.

Hadisə nəticəsində “Honda” markalı avtomobildə ölən sərnişin, 2002-ci il təvəllüdlü Nurlan Nağıyev isə Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

Hadisə zamanı xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

XƏBƏR LENTİ
23.03.2023 1909
23.03.2023 1998
21.03.2023 1230

DİGƏR XƏBƏRLƏR

Loading
Top