Argentinada futbolçuların şərəfinə istirahət günü elan edildi

Sadə xəbər
DÜNYA 20.12.2022 1273

Argentina hökuməti dünya çempionatındakı qələbəni qeyd etmək üçün dekabrın 20-ni ölkədə istirahət günü elan edib.

Qeyd olunur ki, bir neçə saatdan sonra göyərtəsində dünya çempionlarının olduğu təyyarə Buenos-Ayresə enəcək.

Futbolçular hava limanından onlar üçün xüsusi ayrılmış avtobusla Respublika meydanının mərkəzində yerləşən obeliskə tərəf yön alacaqlar.

Qeyd edək ki, Qətərdə keçirilən futbol üzrə dünya çempionatının finalında Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.

Mənbə: ESPN

XƏBƏR LENTİ
12.05.2025 2236

DİGƏR XƏBƏRLƏR

Loading
Top