Bakıda evlərdən 100 min manatlıq oğurluq edən şəxs hakim qarşısına çıxacaq

HADİSƏ 20.12.2022 1202

Bakıda evlərdən külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Elmin Cəfərovun cinayət işi üzrə istintaq başa çatıb.

Saat24.Az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Səbinə Əhmədzadənin icraatına verilib.

Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsi və 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı oğurluq hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elmin Cəfərov tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı onun Bakıxanov qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 8 evdən oğurluq etdiyi müəyyən edilib. Elmin Cəfərov bu evlərdən ümumilikdə 103 min manatdan artıq pul və qızıl-zinət əşyaları oğurlayıb. Oğurluq yolu ilə əldə etdiyi maddi vəsait hesabına Elmin Cəfərov 2 ədəd avtomobil və şəxsi istifadəsi üçün digər qiymətli əşyalar alıb. O, törətdiyi oğurluq hadisələrini etiraf edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top