Ağır xəstə olan məşhur Hollivud aktyoru vəsiyyət etdi: Milyonlarla dollarlıq sərvət kimə qalacaq? - FOTO

DÜNYA 20.12.2022 1398

Məşhur Hollivud aktyoru Bryus Uillisə ciddi xəstəlik diaqnozu qoyulub.

Aktyorun afaziya xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Bunu öyrəndikdən sonra o, vəziyyətnamə tərtib edib.

Məşhurun ​​250 milyon dollar dəyərində olan sərvətinin necə bölünəcəyi açıqlanıb. Bildirilib ki, Bryus Uillis sərvətini Demi Murdan olan qızları ilə indiki ailəsi arasında bölüşdürmək qərarına gəlib. Lakin Demi Murdan olan qızları Rumer, Skaut və Tallula hər biri yalnız bir milyon dollara sahib ola bilər. Vəsaitin qalan hissəsi onun həyat yoldaşı Emma Heminqə və onların ortaq qızlarına çatacaq.

Qeyd edilir ki, aktyor indiki ailəsinin qayğısına qalmaq istədiyi üçün bu qərarı verib. O əmindir ki, Demi Murdan olan qızları özlərinə baxmaq iqtidarındadırlar, çünki onlar özləri də artıq çox miqdarda pul qazanırlar. Hər hansı problem çıxacağı halda onun keçmiş həyat yoldaşı qızlara kömək edəcək. Keçmiş həyat yoldaşının sərvəti isə 200 milyon dollar dəyərində qiymətləndirilir.

Xatırladaq ki, son vaxtlar mətbuatda Bryus Uillisin səhhətinin pisləşməsi ilə bağlı xəbərlər yayılıb. Aktyor bəzən yaxınlarını tanımır və onların nə dediklərini başa düşmür.

 

Mənbə: Tsn.ua

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top