"Los-Anceles Leykers" NBA-da mübarizəni dayandırdı

Sadə xəbər
idman 01.05.2025 3208

Heyətində Lebron Ceyms və Luka Donçiç kimi ulduz basketbolçuların yer aldığı "Los-Anceles Leykers" sensasiyalı şəkildə NBA-da mübarizəni dayandırıb.

Oxu.Az xəbər verir ki, komanda pley-offun birinci mərhələsində "Minnesota Timbervolvs"a təslim olub.

Maraqlıdır ki, "Los-Anceles Leykers" Qərb konfransında rəqibini bir pillə üstələyərək beşinci yerdə qərarlaşmışdı. Lakin pley-offda məğlubiyyətdən yaxa qurtarmaq mümkün olmayıb.

NBA pley-off, birinci mərhələ (1/8 final)

"Hyuston Rokets" - "Qolden Steyt Uorriors" - 131:116

Seriyada hesab - 3:2

"Los-Anceles Leykers" - "Minnesota Timbervolvs" 96:103

Seriyada hesab - 1:4

Qeyd edək ki, NBA-nın pley-off mərhələsində ən tez dörd qələbə qazanan komanda növbəti mərhələyə yüksəlir

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top