Sumqayıtda arvad ərini BIÇAQLADI

Sadə xəbər
CƏMİYYƏT 29.04.2025 3142

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Vüsal Kərimbala oğlu İmanov həyat yoldaşı 1987-ci il təvəllüdlü Rəmziyyə Becan qızı İmanova tərəfindən bıçaqlanıb və dərhal xəstəxanaya çatdırılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1988-ci il təvəllüdlü şəxs (kişi cinsli) aprelin 28-i, saat 10:00-da Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub.

"Döş qəfəsinin orta səthinin boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardım göstərilib.

Zəruri tibbi yardımlardan sonra vətəndaş öz iltizamnaməsi əsasında saat 12:50 radələrində ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top