
Baku TV-nin "Necə olmalıdır?" podkastında bu dəfə taksi fəaliyyəti ilə bağlı planlaşdırılan yeniliklərdən danışılıb.
Budəfəki buraxılışda sözügedən sahədə dəyişikliklərə ehtiyac yaranmasının səbəbləri, yeniliklərin vətəndaşlar tərəfindən necə qarşılandığı müzakirə edilib.
Həmçinin yeni taksi avtomobillərinin sərnişinlərin təhlükəsizliyinə təsiri barədə fikir mübadiləsi aparılıb.
Podkastın qonaqları ekspert Eldəniz Cəfərov və AYNA-nın şöbə müdiri Orxan Şıxıyevdir.
