
Donald Trampın bu ilin yanvarında hakimiyyətə gəlişindən bəri ABŞ-də ən azı 121 min dövlət əməkdaşı işini itirib.
Oxu.Az xəbər verir ki, məlumatı CNN paylaşıb.
Qeyd olunur ki, ən çox ixtisara məruz qalan şəxslər ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlarıdır.
Bundan əlavə, Təhsil Nazirliyi işçilərinin 51%-ni ixtisar edib, 12 regional idarədən 7-si bağlanıb. Səhiyyə və İnsan Xidmətləri Departamentinin əməkdaşları da kütləvi ixtisara məruz qalan şəxslər sırasındadırlar.