İlham Əliyev Syerra-Leone prezidentini təbrik edib

Manşet
SİYASƏT 27.04.2025 3277

Azərbaycan Prezidenti İlham Əliyev Syerra-Leone Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Culius Maada Bionu təbrik edib.

Oxu.Az President.az-a istinadən xəbər verir ki, təbrik mətnində qeyd olunub:

"Hörmətli cənab Prezident,

Syerra-Leone Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top