Moskvada ticarət mərkəzində baş vermis yanğın söndürülüb

Sadə xəbər
DÜNYA 23.04.2025 3238

Moskvada "Afimoll Siti" ticarət mərkəzinin parklanma ərazisində avtomobil yanıb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Yanğın inzibati binanın yeraltı parklanmasında baş verib. Yanğından əvvəl avtomobildə partlayış olub. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər.

16:51

Rusiya paytaxtında Beynəlxalq Biznes Mərkəzi olan Moskva-Sitidə üç partlayış baş verib.

Oxu.Az bu barədə "SHOT" "Telegram" kanalına istinadla xəbər verib.

Bildirilir ki, hazırda ərazidə güclü yanğın var.

"Yanğının səbəbləri araşdırılır, təcili yardım xidmətləri hadisə yerinə gedir", - deyə məlumatda vurğulanıb.

Hələ ki xəsarət alanlar barədə məlumat yoxdur.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top