Fuad Sadıqov: "Apreldə baş verən təbiət hadisələri istehsalçıları maliyyə itkiləri ilə üz-üzə qoyub"

Sadə xəbər
CƏMİYYƏT 23.04.2025 3270

"Ölkəmizdə aprel ayında baş verən təbiət hadisələri istehsalçıları maliyyə itkiləri ilə üz üzə qoyub".

Oxu.Az xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Milli Məclisinin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, yalnız aprel ayında aqrar sığorta fonduna edilən müraciətlər deməyə əsas verir ki, ölkəmizdə sığortalanmış 13 mln. manatlıq istehsala tam və ya qismən ziyan dəyib:

"İlin əvvəlindən isə artıq 26 mln manatlıq istehsala ziyan dəyməsi ilə bağlı müraciətlər olmuşdur. Qeyd etmək istərdim ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur".

Mərahim Nəsib

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top