Ceyhun Bayramov: "Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur

Sadə xəbər
SİYASƏT 25.04.2025 3182

"Ermənistan konstitusiyasında dəyişiklik edilməsi, eləcə də ATƏT-in Minsk qrupu və onunla əlaqədar institutların ləğvi barədə Azərbaycanın tələbi qarşı tərəfin diqqətinə çatdırılıb".

Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.

Nazir əlavə edib ki, Minsk qrupu məhz Qarabağ məsələsini həll etmək üçün təsis edilmişdi və artıq ərazimiz işğaldan azad edilib:

"Bu baxımdan, bu təsisatı saxlamağın heç bir məntiqi yoxdur. Ermənistan həqiqətən də məsələnin tam həllində maraqlıdırsa, Minsk qrupu və onunla əlaqədar strukturların fəaliyyətinin davam etdirilməsində təkid etməməlidir. Buna baxmayaraq, hələ də Ermənistanın silahlanması və silahlandırılması narahatlıq doğurur".

"Ermənistanda aprelin 23-də kütləvi küçə yürüşü zamanı Azərbaycan bayrağının yandırılması qəbuledilməzdir. Həm Ermənistan, həm də eyni əməlin törədildiyi Fransaya belə qəbuledilməz addımların qarşısını almalıdır",- Baş diplomat vurğulayıb.

Mərahim Nəsib

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top