Rəşad Mahmudov: "Bəzi hallarda audit qorxuya və qərarın ehtiyatla qəbuluna səbəb olur "

Sadə xəbər
CƏMİYYƏT 22.04.2025 3330

"Son illərdə TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səhiyyədə satınalma funksiyasını öz üzərinə götürüb. Bu strukturlar vasitəsilə mərkəzləşdirilmiş və daha sistemli yanaşma tətbiq edilsə də, onların da istər normativ, istərsə də texniki imkanlarının təkmilləşdirilməsinə ehtiyac var".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, Hesablama Palatasının audit imkanları və təqdim etdiyi hesabatlar sistemli problemlərin müəyyən olunmasında ciddi alətə çevrilib:

"Lakin eyni audit çərçivəsinin səhiyyənin spesifikası nəzərə alınmadan tətbiqi bəzi hallarda daha çox qorxu və ehtiyatla qərar qəbul olunmasına səbəb olur. Hesab edirəm ki, gələcəkdə elektron satınalma sistemlərinin imkanları genişləndirilməli, real vaxtda nəzarət alətləri tətbiq olunmalı, eyni zamanda, səhiyyə kimi "xüsusi statuslu sahələr" üçün operativ və səmərəli satınalma modelləri hüquqi müstəvidə formalaşdırılmalıdır. Bu istiqamətdə beynəlxalq təcrübələrə baxış, risk əsaslı nəzarət mexanizmlərinin tətbiqi və qiymətə deyil, dəyərə əsaslanan yanaşmalar vacibdir".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top