Tramp ikinci müddətinin ilk 100 gününü qiymətləndirdi

Sadə xəbər
DÜNYA 25.04.2025 3171

ABŞ prezidenti Donald Tramp ikinci müddətinin ilk 100 gününün çox uğurlu keçdiyini hesab edir.

Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısı "Time" jurnalına müsahibəsində bildirib.

"Düşünürəm ki, prezidentliyin ilk 100 gününü çox uğurlu keçirdik. İnsanlar yazırdı ki, bu, ən yaxşı ilk ay, ən yaxşı ikinci ay və həqiqətən də ən yaxşı üçüncü ay idi. Amma bu, dərhal aydın olmayacaq, çünki keçid üçün bir az vaxt lazımdır", - Ağ Ev rəhbəri bildirib.

Müsahibə zamanı Trampa prezidentin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı sual verilib. Dövlət başçısı qeyd edib ki, o, hakimiyyətdən yalnız əvvəlcə nəzərdə tutulduğu kimi istifadə edir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top