"Qəbələ" I Liqada çempionluğu rəsmiləşdirdi

Sadə xəbər
idman 25.04.2025 2892

"Qəbələ" futbol klubu Azərbaycan I Liqasında çempionluğu rəsmiləşdirib.

Saat24.Az xəbər verir ki, bu, XXIII turda baş tutan MOİK-lə oyundan sonra reallaşıb.

Bölgə təmsilçisi doğma meydanda "hərbçiləri" 1:0 hesabı ilə üstələyərək mövsümün sonuna 4 tur qalmış qızıl medalları təmin edib.

Yeganə qolu Elşad Tağıyev 90+7-ci dəqiqədə penaltidən vurub.

Qeyd edək ki, Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda hazırda 58 xalla turnir cədvəlinə liderlik edir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top