Lənkərançayda brakonyerlik edənlər saxlanılıblar

Sadə xəbər
CƏMİYYƏT 23.04.2025 3357

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən su hövzələrində qanunsuz balıq ovu və brakonyerliyə qarşı mübarizə davam etdirilir.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan M.Miriyev və T.Rüstəmov saxlanılıblar. Onlardan balıqovlama alətləri və qanunsuz ovladıqları balıqlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top