KİV: Pakistan və Hindistan hərbi münaqişə astanasındadır

Sadə xəbər
DÜNYA 24.04.2025 3204

Hindistan və Pakistan arasında münasibətlərin gərginləşməsi yeni silahlı münaqişəyə çevrilə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) ekspertlərə istinadən məlumat verib.

"Hindistanda eskalasiya artıq dünən gecə başlayıb və bu, 2019-cu ilin fevralında olduğundan daha geniş miqyasda olacaq", - deyə pakistanlı analitik Məhəmməd Əli bildirib.

Adının açıqlanmasını istəməyən Pakistanın yüksəkrütbəli təhlükəsizlik rəsmisi qeyd edib ki, Pakistan hər hansı bir "qana qan" prinsipinə əsaslanmış hər hansı eskalasiyaya ehtiyatla yanaşacaq, lakin bu baş verərsə, Hindistanın aqressiyasının qarşısını alacaq.

Xatırladaq ki, aprelin 22-də Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsində törədilən terror aktı nəticəsində azı 27 turistin öldüyü, atışma nəticəsində daha 20-yə yaxın turistin yaralandığını bildirilib. Məlumata görə, Pahalqam şəhəri yaxınlığında silahlı terrorçular Baysaran vadisində cığırla gedən turistlərə avtomatlardan atəş açıblar.

Qeyd olunur ki, Pakistandan ittifaq ərazisinə daxil olan "Müqavimət cəbhəsi" qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top