UEFA Çempionlar Liqasının yeni formatında dəyişikliklər edilə bilər

Sadə xəbər
DÜNYA 24.04.2025 3198

UEFA Çempionlar Liqasının yeni formatında bir sıra dəyişiklikləri nəzərdən keçirir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bild" nəşri məlumat verib.

Məlumata görə, UEFA pley-off matçlarında əlavə vaxtın ləğv edilə bilməsi mümkündür. Bundan əlavə, ümumi mərhələnin yekunları üzrə ən yaxşı səkkiz kluba pley-off mərhələsinin cavab oyunlarını öz meydanlarında keçirmək hüququ verilə bilər.

2024/25 mövsümündən etibarən Çempionlar Liqasının qrup turnirini ümumi mərhələ əvəz edib. Burada 32 komanda əvəzinə 36 komanda iştirak edir ki, onlar ümumi cədvəli təşkil edirlər. Hər komanda səkkiz oyun keçirir, nəticədə turnir cədvəlinin ilk səkkizliyi birbaşa turnirin 1/8 finalına çıxır, daha 16 klub isə pley-off mərhələsində çıxış edir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top