İran limanındakı partlayışın səbəbi açıqlandı

Sadə xəbər
DÜNYA 27.04.2025 3095

İranın Bəndər Abbas şəhərindəki Rəcai limanında raketlər üçün bərk yanacağın əsas tərkib hissəsi olan natrium-perxlorat partlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" nəşri İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə bağlı olan mənbəyə istinadla məlumat paylaşıb.

"Ambrey" özəl mühafizə firmasının məlumatına görə, martda limana tərkibində natrium-perxlorat olan raket yanacağı yükü gətirilib. Yanğına İranın ballistik raketlərində istifadə üçün nəzərdə tutulmuş bərk yanacaq yükü ilə düzgün davranmamağın səbəb olduğu bildirilir.

Qeyd edək ki, "Financial Times" qəzeti hələ yanvarda yazmışdı ki, iki gəmi Çindən İrana bir ton natrium-perxlorat daşıyacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top