Husilər İsrail ordusuna qarşı hərbi əməliyyat keçiriblər

Sadə xəbər
DÜNYA 27.04.2025 2972

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər İsrailin Negev səhrasında yerləşən "Nevatim" aviabazasına növbəti raket zərbəsi endiriblər.

Oxu.Az xəbər verir ki, bunu qiyamçıların formalaşdırdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya husilərə məxsus "Al Masirah" telekanalının efirində deyib.

Onun sözlərinə görə, raket qoşunları "Nevatim" aviabazasına hipersəsli ballistik raketlə hücum edərək, hərbi əməliyyat keçiriblər.

Hərəkatın nümayəndəsi bildirib ki, əməliyyat öz məqsədinə nail olub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top