ABŞ-də "cadugər ovu": FTB və milli təhlükəsizlik qurumları "qorxu içindədir"

Sadə xəbər
DÜNYA 29.04.2025 3204

ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) və milli təhlükəsizliklə əlaqəli digər qurumlarında təhdid və qorxu atmosferi hökm sürür. Buna səbəb mühüm məlumatların sızmasından sonra məmurların poliqraf testlərindən (yalan detektoru) keçirilməsidir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Washington Post" qəzeti keçmiş və indiki məmurlara istinadən yazıb.

Nəşrin həmsöhbətləri yaranmış vəziyyəti "toksik" adlandırıblar və baş verənləri "cadugər ovu" ilə müqayisə ediblər. Keçmiş və indiki məmurların sözlərinə görə, milli təhlükəsizlik strukturlarında əhvali-ruhiyyə "plintusdan aşağıdır".

İşçiləri xüsusi narahat edən məsələ ABŞ Prezident Administrasiyasının məsələyə geniş şəkildə yanaşmasıdır, belə ki, təkcə gizli məlumatların sızdırılması ehtimalı deyil, həmçinin qurumun işi ilə bağlı istənilən neqativ məlumatın KİV-ə ötürülməsi halları da araşdırılır.

Qeyd olunub ki, bu nəzarət üsulu qeyri-sağlam iş mühiti yaradır və buna görə də xüsusi xidmət orqanlarının operativ fəaliyyətinə mənfi təsir göstərə bilər.

"Bu, toksik mühitdir... Birincisi, işdən qovulub-qovulmayacağınızı bilmədiyiniz üçün əminsizlik hissi var. Və bu, informatorları (məlumat verənləri) tapmaq üçün "cadugər ovu"dur", - deyə nəşr hazırkı məmurlardan birinin sözlərindən sitat gətirib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top