Trampın müşaviri istefa verib?

Sadə xəbər
DÜNYA 01.05.2025 3167

"ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts vəzifəsini hələ tərk etməyib".

Oxu.Az xəbər verir ki, bunu "Axios" portalının müxbiri Barak Ravid "X" sosial şəbəkə hesabında yazıb.

"Uolts yaxın günlərdə vəzifəsini tərk edə bilər. Ağ Evin yüksəkvəzifəli məmuru mənə məlumat verdi ki, Uolts tutduğu vəzifədən hələ istefa verməyib", - deyə jurnalist vurğulayıb.

20:24

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts istefa verib.

Bu barədə Oxu.Az "Fox News" telekanalına istinadla xəbər verir.

"Politico" nəşrinin məlumatına görə, Stiv Uitkoff müşavir vəzifəsini tuta bilər. Qeyd olunur ki, onun namizədliyini bir çox yüksəkvəzifəli məmurlar dəstəkləyir.

Uitkoff hazırda ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi vəzifəsini tutur.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top