İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı növbəti əməliyyat: 18 nəfər həbs edildi

Sadə xəbər
SİYASƏT 30.04.2025 3034

Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan ikinci dalğa korrupsiya əməliyyatı çərçivəsində prokurorluq tərəfindən məhkəməyə göndərilən 30 şübhəlidən 18-i həbs edilib.

Oxu.Az bu barədə "TRT Haber"ə istinadla xəbər verir.

Bildirilir ki, İstanbul Baş Prokurorluğu tərəfindən saxlanıldıqdan sonra vəzifəsindən uzaqlaşdırılan İBB rəhbəri Ekrem İmamoğlunun da daxil olduğu şübhəlilər barəsində "vəzifə səlahiyyətlərindən sui-istifadə", "cinayətkar təşkilat qurmaq və idarə etmək", "rüşvət", "dələduzluq", "şəxsi məlumatların qanunsuz əldə edilməsi" və "tenderə müdaxilə" cinayətləri üzrə aparılan korrupsiya istintaqı davam edir.

İstanbul, Ankara və Tekirdağda keçirilən əməliyyatlar nəticəsində 53 nəfər saxlanılıb. Onlardan 4-ü barəsində "xarici ölkəyə çıxış qadağası" və "müntəzəm imza" şəklində məhdudiyyətlər tətbiq olunub. 12 nəfər barəsində isə digər müxtəlif nəzarət tədbirləri seçilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top