"Bolt"un "Komfort+" kateqoriyasından Çin istehsalı olan avtomobillər çıxarılacaq?

Sadə xəbər
CƏMİYYƏT 30.04.2025 3192

"Bolt" taksi şirkətinin "Komfort+" kateqoriyasından bəzi avtomobillərin çıxarılacağı iddia olunub.

Oxu.Az xəbər verir ki, sözügedən kateqoriyadan Çin istehsalı olan avtomobillərin (BYD, "Changan") çıxarılacağı xüsusilə vurğulanıb.

Məsələ ilə bağlı "Bolt" taksi şirkətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Çin istehsalı olan avtomobillərin "Bolt"un "Komfort+" kateqoriyasından çıxarılması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil:

"Mayın 5-dən etibarən "Bolt"un qlobal siyasətinə əsasən, kateqoriyaların standartlaşdırılması istiqamətində bəzi addımlar atılacaq. Bu dəyişikliklərdən biri "Komfort" və "Komfort+" kateqoriyalarının birləşdirilməsidir. Bu baxımdan, konkret olaraq Çin istehsalı olan avtomobillərin hər hansı bir kateqoriyadan çıxarılması ilə bağlı söhbət gedə bilməz".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top