
Aprelin 21-də vəfat edən Roma Papası Fransiskin postunu tutmağa namizəd şəxslərin adları açıqlanıb.
Oxu.Az xəbər verir ki, ehtimal olunan namizədlərin adlarını TASS agentliyi dərc edib.
Bunlar iki italiyalı din xadimi - Pyetro Parolinlə Mateo Dzuppi və filippinli Luis Taqledir. Hər üç şəxsin geniş ictimaiyyət tərəfindən tanınmadığı bildirilir.
Vatikanın elan etdiyi doqquz günlük matəmə baxmayaraq, xüsusən ABŞ və Britaniya mediasında, eyni zamanda, sosial şəbəkələrdə növbəti pontifikin şəxsiyyəti ətrafında müzakirələr davam edir.
Bundan öncə, elə Papa vəfat edən gün Marieclaire.kz ehtimal olunan beş namizədin adını açıqlamışdı. Onlar arasında hətta Ukraynadan olan kardinal da vardı.
Xatırladaq ki, 266-cı Roma Papası Fransisk (Xorxe Mario Berqolyo) aprelin 21-də 88 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.