Xocalıdakı kütləvi məzarlıqda aşkarlanan 18 meyit qalıqlarından 10-u ailəsinə təhvil verilib

Sadə xəbər
CƏMİYYƏT 01.05.2025 3336

"Xocalıda aşkarlanan üçüncü kütləvi məzarlıqdakı meyit qalıqlarının laboratoriyada eyniləşdirmə işləri aparılacaq".

Oxu.Az-ın Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, bu günə olan məlumata əsasən, Xocalı soyqırımı ilə bağlı Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi 210 nəfər qeydiyyata alınıb:

"Onların 38-i uşaq, 42 nəfəri hərbçi, digərləri isə mülki şəxslərdir. Ötən il Xocalıdakı kütləvi məzarlıqda aşkarlanan 18 nəfərdən 10 nəfərin meyitinin qalıqları ailəsinə təhvil verilib. Digərləri ilə bağlı eyniləşdirmə prosesi davam edir".

Aləmdə Nəsib

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top