"WhatsApp" çökdü

Sadə xəbər
GÜNDƏM 28.02.2025 3299

"WhatsApp" mesajlaşma proqramında nasazlıq yaranıb.

Oxu.Az-ın məlumatına görə, bunu "Downdetector" xidmətinin məlumatları sübut edir.

Nasazlıqlar təxminən Bakı vaxtı ilə 19:30-da qeydə alınıb. Xidmətin məlumatlarına görə, bu zaman daxil olan şikayətlərin sayı 1 300-ü keçib.

"Downdetector" istifadəçilərinin yarıdan çoxu (52%) mesaj göndərməkdə çətinliklərdən şikayətlənib, 37% isə serverə qoşulma problemlərindən bəhs edib. 11% isə tətbiqdə nasazlıqlar olduğunu bildirib.

Problemlər Rusiya, ABŞ, Almaniya, Yaponiya, Kanada, Cənubi Afrika Respublikası və digər ölkələrdə müşahidə olunub. "Meta"nın digər xidmətlərində isə heç bir nasazlıq qeydə alınmayıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top