Daha bir tiktoker HƏBS OLUNDU

Sadə xəbər
GÜNDƏM 27.12.2024 3437

Azərbaycanda daha bir tiktoker həbs olunub.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Əsgər Səməndər oğlu Əlizadə barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu gün, həmçinin Yasamal Rayon Məhkəməsinin qərarı ilə "TikTok" sosial şəbəkəsində şairə kimi tanınan İlhamə Elşadqızı barəsində də eyni maddə üzrə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top