"Orta aylıq əmək haqqı 11.3% artıb" - Komitə sədri

Sadə xəbər
İQTİSADİYYAT 13.11.2023 2058

"2023-cü ildə dünya iqtisadiyyatı azalan xammal qiymətləri, sərt monetar və stimullaşdırıcı büdcə siyasətləri fonunda mülayim templərlə inkişaf edib".

"Saat24.az" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, inflyasiya templəri azalsa da, onun hələ də yüksək olması və dünyada geosiyasi-geoiqtisadi qarşıdurmanın artması qlobal iqtisadi artmın sürətlənməsinə mane olub:

"Xammal qiymətlərinin, xüsusən də enerji daşıyıcılarının qiymətlərinin azalması fonunda əksər ölkələrdə inflyasiya göstəricilərində zəifləmə müşahidə edilsə də, faktiki inflyasiya hələ də mərkəzi bankların müəyyənləşdirdikləri hədəfdən yüksək olaraq qalmaqda davam edib. Qiymət dəyişməsi ölkələr üzrə əhəmiyyətli dərəcədə fərqlənmiş, orta illik inflyasiya Çin iqtisadiyyatında 0 %-ə-a yaxınlaşdığı halda, Türkiyədə 50%-dən yüksək olub. İstehlak səbətinin qrupları üzrə aparılmış təhlillər qiymət artımının mallar üzrə zəiflədiyini göstərsə də, xidmətlər sektorunda tələbin aktivliyi fonunda qiymət artımının daha qalıcı olduğunu göstərib. Beynəlxalq təşkilatların proqnozuna əsasən, 2023-cü ildə qlobal iqtisadi artımın 2.5-3.0% arasında, 2024-cü ildə isə 2.1-2.9% arasında olması gözlənilir.  2023-cü ilin yanvar-sentyabr aylarında neftin 1 barelinin orta aylıq qiyməti illik müqayisədə 21,0 ABŞ dolları və ya 20,7% azalaraq 80,6 ABŞ dolları təşkil etmiş, 2024-cü ildə neftin 1 barelinin dünya bazarlarında orta qiymətinin 80-95 dollar olacağı proqnozlaşdırılır. Amma eyni zamanda Yaxın Şərqda baş verən hadisələr fonunda tamamilə fəqrli səhnə ilə üzləşəcəyimiz də istisna deyildir. 

Beynəlxalq təşkilatların hesablamarına əsasən, növbəti ildə sərt monetar siyasətin təsirlərinin davam edəcəyi, eləcə də tələb təzyiqlərinin səngiyəcəyi gözləntiləri ilə qlobal miqyasda inflyasiya proseslərinin mülayim xarakter alacağı proqnozlaşdırılır. Bu proqnozlara görə, qlobal orta illik inflyasiyanın bu ilin sonuna 6.9%, 2024-cü ildə isə 5.8% olacağı proqnozlaşdırılır. Artan əmək xərcləri, xammal bazarlarında, o cümlədən enerji məhsulları bazarında yüksək volatillik inflyasiya risklərinin hələ də aktual olacağını göstərir. Bu risklər fonunda fiskal və monetar siyasətin sinxron şəkildə aparılmasının növbəti ildə də zəruri olacağı ethimal edilir. 2024-cü ildə qlobal dövlət borcunun artaraq onun ÜDM-ə nisbətinin inkişaf etmiş ölkələr üzrə 112,7%, inkişaf etməkdə olan ölkələr üzrə isə 70,1% olacağı proqnozlaşdırılır. Qeyd edim ki, Azərbaycanda bu göstərici 14.5%-dir".

T.Mirkişili qeyd edib ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında əlverişli makroiqtisadi meyillər izlənmiş, tamamilə qeyri neft-qaz sahələri hesabına olmaqla iqtisadi artım təmin edilmiş, inflyasiya tempində zəifləmə müşahidə olunmuş, tədiyə balansında profisit izlənib:

"Belə ki, bu ilin 9 ayı ərzində ölkədə Ümumi Daxili Məhsul 0.8%, qeyri-neft-qaz Ümumi Daxili Məhsulu 3% artıb, neft-qaz Ümumi Daxili Məhsulu isə 1.5% azalıb. Qeyri-neft qaz sektorunda ÜDM-nın artımına əsas töhfəni tikinti və turizm sektoru verib. Neft qaz sektorunda ÜDM-nin azalmasına əsas səbəbləri isə qiymətlərin enməsi və neft hasilatında azalma səbəb olub. Bu dövrdə ümumi ixrac idxalı 14 mlrd dollar üstələmiş, qeyri-neft-qaz ixracı faktiki qiymətlərlə 10.6%, əhalinin nominal gəlirləri 13.9%, orta aylıq əmək haqqı isə 11.3% artıb. Qeyri-neft-qaz ixracının qeyri neft-qaz idxalını maliyyələşdirməsi nisbəti 29.2%-dən 30.5%-ə yüksəlib. Eyni zamanda, bu ilin 9 ayı ərzində orta illik inflyasiyanın səviyyəsi 10.9% olub. İlin sonuna bu göstəricinin 9.5% olacağı proqnozlaşdırılır. İl ərzində Mərkəzi bank tərəfindən uçot dərəcəsi artırılsa da, bu ay ilk dəfə olaraq uçot dərəcəsi aşağı salınıb. Carin ilin 8 ayı ərzində strateji valyuta ehtiyatlarımız artaraq 67.5 mlrd dollara çatıb, tədiyyə balansının cari əməliyyatlar hesabında profisit qeydə alınıb. 01 iyul 2023-cü il vəziyyətinə xarici dövlət borcu 116.7 mln dollar azaldılaraq, ÜDM-in 10% ni, daxili borc isə 782.1 milyon manat artarat ÜDM-nin 4.5%-ni təşkil edib. Baxılan dövr ərzində ölkə iqtisadiyyatına kredit qoyuluşları 17.5% artaraq 22.5 milyard manatı keçib.

2023-cü ilin 8 ayı ərzində büdcə gəlirləri proqnoza nisbətən ( DNF trasnfertini istisna etsək) 106% icra edilib. Bu dövrdə Dövlət Neft Fondunun vəsaitlərindən 6.5 mlrd manat istifadə etmək proqnozlaşdırılsa da, bu məbləğin yalnız yarısından istifadə edilib. Büdcə xərcləri proqnozla müqayisədə 105.6% icra edilib, 218 mln manat kəsir qeydə alınıb. Ümumiyyətlə, 2023-ci il üzrə iqtisadi artıma nail olunması, büdcə gəlirlərinin və xərclərinin icrasında qarşılıqlı nisbətin əsasən qorunub saxlanmsı, büdcə kəsirinin proqnozlaşdırılan səviyyədən xeyli aşağı olması, tədiyyə balansı hesablarında müsbət dinamikanın qorunması, qeyri-neft ixracının və qeyri-neft vergi daxilolmalarının artması, əldə olunan makro-iqtisadi sabitlik 2024-ci ilin dövlət büdcəsinin planlaşdırılmasında mühüm baza rolunu oynayıb. 2024-cü ilin dövlət büdcəsi ilə birlikdə təqdim olunmuş makroiqtisadi çərçivəyə əsasən, növbəti il ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi, o cümlədən ölkə iqtisadiyyatının real artım, məqbul inflyasiya, profisitli tədiyə balansı və sabit məzənnə ilə xarakterizə olunacağı nəzərdə tutulur. Büdcə zərfində təqdim edilmiş məlumatlara əsasən, növbəti il və sonrakı üç ilin makroiqtisadi çərçivəsi baza, optimist və pessimist olmaqla 3 ssenaridə hazırlanıb, növbəti ilin büdcə layihəsinin tərtibi zamanı baza ssenari əsas olaraq qəbul edilib. Baza ssenari üzrə proqnozların hazırlanması zamanı neftin qiyməti 60 ABŞ dolları müəyyən olunub. Nisbətən konservativ və ehtiyatlı olan bu yanaşmanı baş verə biləcək hadisələrə adekvat cavablara hazır ola bilmək baxımından məqbul hesab edirik".

XƏBƏR LENTİ
11.10.2024 3677

DİGƏR XƏBƏRLƏR

Loading
Top