Ülvi Mehdiyev: "On və daha çox ölkə Azərbaycana "ASAN xidmət" modeli ilə bağlı sorğu göndərib"

Sadə xəbər
İQTİSADİYYAT 04.04.2025 2972

"On və daha çox ölkə Azərbaycana "ASAN xidmət" modelini öz ölkələrində tətbiq etmək üçün sorğu göndərib".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət"in publik data portalının təqdimatında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 25 ölkə "ASAN xidmət" modelini öz ölkələrində tətbiq etmək üçün "ASAN xidmət"lə müqavilə imzalayıb:

"Həmçinin 2025-2026-cı illərdə BMT 4 qitədə Azərbaycan "ASAN xidmət" modelinin təşviqi və təşkili ilə bağlı işlərə başlayıb".

Aygün Mirakif

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top