Mikayıl Cabbarov Odil Reno-Basso ilə görüşüb

Sadə xəbər
İQTİSADİYYAT 14.05.2025 3670

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İllik Toplantısı çərçivəsində bankın prezidenti Odil Reno-Basso ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "X" hesabında məlumat paylaşıb:

"Ölkəmizin bankla əməkdaşlığının prioritet istiqamətləri, yaşıl enerji və infrastruktur layihələrinin icrası barədə müzakirələr apardıq. Dayanıqlı iqtisadiyyata keçid üçün birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğuladıq".

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top