
Azərbaycanın dövlət büdcəsinin kəsiri 2026-cı ildə ümumi daxili məhsulun (ÜDM) 2%-nə qədər enəcək.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) hesabatında qeyd olunub. Belə ki, cari ildə büdcə kəsirinin ölkənin ÜDM-nin 2.4%-ni təşkil edəcəyi gözlənilir.
"Büdcə gəlirləri ÜDM-in 30% səviyyəsində proqnozlaşdırılır. Onların strukturunda vergi daxilolmaları 12%, qeyri-vergi gəlirləri 7%, Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) transfertlər isə 11% təşkil edəcək", - deyə hesabatda qeyd olunub.
Proqnoza görə, büdcə xərcləri ÜDM-in 32%-nə çatacaq.
"Bunlardan 19% cari xərclərə, 11% isə kapital qoyuluşlarına yönəldiləcək. Sosial müdafiə və dəstək xərclərinin 8% artacağı və ümumi büdcə xərclərinin təxminən 12%-ni təşkil edəcəyi gözlənilir. Dövlət investisiyalarının həcminin proqnoza görə ÜDM-in 2 %-nə qədər enəcəyi gözlənilir", - deyə AİB-in hesabatında bildirilib.
2024-cü ilin yekunlarına görə, dövlət büdcəsinin kəsiri ÜDM-in 0.0004 %-ni təşkil edib, bu ilin yanvar-fevral aylarında isə dövlət büdcəsinin profisiti ÜDM-in 7.2%-nə çatıb