Lisenziya və icazənin ləğv ediləcəyi daha bir hal müəyyənləşir

Manşet
İQTİSADİYYAT 24.10.2023 1911

Lisenziya və icazənin ləğv ediləcəyi daha bir hal müəyyənləşir.

"Saat24.az" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, lisenziyanın və icazənin verilməsi üçün qanunla dövlət rüsumunun (ödənişin) ödənilməsi tələb olunduqda, dövlət rüsumunun (ödənişin) ödənilməsi faktını təsdiq edən sənəd bu Qanunun 18.5-ci maddəsində nəzərdə tutulan müddətdə lisenziya və icazə verən orqana təqdim edilmədikdə lisenziya və icazə ləğv ediləcək.

Qeyd edək ki, qanunla tələb olunduğu halda, lisenziyanın verilməsi üçün dövlət rüsumu və icazənin verilməsi üçün dövlət rüsumu və ya ödəniş lisenziya və icazə verən orqanın verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim olunur.

Müzakirələrdən sonra qanun layihələri səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top