Ən məşhur azərbaycanlı "qanuni oğru"lar - SİYAHI

CƏMİYYƏT 30.03.2023 1888

Kriminal aləmdə ən nüfuzlu titul sayılan “qanuni oğru”lar öz kodeksləri ilə seçiliblər. Sovet İttifaqında, sonralar isə MDB məkanında geniş yer alan “qanuni oğru” lar arasında azərbaycanlılar da təmsil olunub.

"Saat24.az" Azərbaycanın indiyədək ən məşhur 6 "qanuni oğru"sunu təqdim edir: 

Lotu Quli

Əsl adı - Nadir Səlifovdur. Gürcüstanda (Dmanisi) anadan olub. O, 90-2000-ci illərin ən təhlükəli və nüfuzlu azərbaycanlı "qanuni-oğru"lardan biri hesab olunurdu. Lotu Qulinin şöhrəti Gürcüstana, Azərbaycana, Moskvaya geniş yayılmışdı. Lotu Quli 2020-ci ildə Antalyada sui-qəsd nəticəsində öldürülüb. 

Rövşən Lənkəranski

Məşhur azərbaycanlı "qanuni-oğru" Lənkəran şəhərində polis ailəsində anadan olub, əsl adı Rövşən Caniyevdir. O, Azərbaycanda və Moskvada məşhur  cinayəyt aləminin üzvləridən biri olub. Rövşən Cəniyev 2016-cı il avqustun 18-i Beşiktaşın İstanbul rayonunda sui-qəsdin qurbanı olub. 

"Zayka"

Əsl adı Zaur Əliyevdir.  "Zayka" 2000-ci illərin əvvəllərində Moskvada məşhurlaşıb. Böyük Qafqaz briqadaları ilə rəqabət aparan güclü mütəşəkkil cinayətkar qrup yaradıb. 

"Vaqif İrəvanski"

Əslən İrəvan şəhərindəndir.  Moskva vilayətində ən yaşlı və ən nüfuzlu azərbaycanlı "qanuni-oğru"larından biridir. 

"Qırmızı Albert"

Əsl adı Əli Heydərovdur. Gəncə şəhərində anadan olub.  “Albert Rıjiy” ləqəbi ilə tanınan kriminal avtoriteti 2021-ci ilin aprelin 12-də fitnes mərkəzində güllələyiblər.

"Tolik Noqinski"

Əsl adı Taleh Dağlıyev Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub. Moskvada geniş nüfuza sahib olub.  O, 2016-ci ildə Rusiyada həbs edilib. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top