Gürcüstanda Aİ bayrağını yandıranlar cərimələndi

DÜNYA 17.03.2023 2925

Gürcüstan hüquq-mühafizə orqanları bu yaxınlarda ölkə parlamenti yaxınlığında Avropa İttifaqının bayrağını yandıran beş nəfəri cərimələyib.

"Saat24.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. DİN “Mühafizəkarlar Hərəkatı”nın lideri Zurab Maxaradze və onun dörd tərəfdaşının hər birini min lari (390 dollar) məbləğində cərimələyib. Nazirlik “bu prosesdə iştirak edən digər şəxslər barəsində qanunamüvafiq tədbirlər görüldüyünü” bildirib.

Qeyd edək ki, keçən ildən etibarən Gürcüstanda Aİ, NATO və digər beynəlxalq təşkilatın, habelə, Gürcüstanın diplomatik əlaqələri olan ölkələrin bayrağının və ya gerbinin təhqir edilməsi qanun pozuntusu sayılır. Bu hərəkətlər cərimə və 15 günə qədər inzibati azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

XƏBƏR LENTİ
18.05.2024 3308

DİGƏR XƏBƏRLƏR

Loading
Top