Kahramanmaraşdan 122 min insan təxliyə edilib

DÜNYA 22.02.2023 2199

Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə 2 min 500 bina dağılıb, 10 min 174 binanın ciddi ziyan gördüyü müəyyən edilib, 2 min 412 binanın uçma və ya aşmaq təhlükəsi səbəbindən təcili söküntü qərarı verilib.

"Saat24.az" xəbər verir ki, Kahramanmaraşdan çıxmaq istəyənlər üçün Türkiyə Daxili İşlər Nazirliyi və Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən pulsuz avtobuslar təşkil olunur. Əyalətdən kənar evakuasiya koordinasiya müraciət mərkəzlərinə müraciət edənlər anketi doldurduqdan sonra avtobusla istədikləri şəhərlərə göndərilir. Şəhərdən şəxsi avtomobili ilə çıxmaq istəyənlərə nazirliklər yanacaq haqqı dəstəyi verir.

Bildirilib ki, zəlzələdən sonra 122 min adam Kahramanmaraşdan təxliyə edilib.  

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top